Hadisə

DTX-nin həbs etdiyi Mahir Quliyevin belindəki 2 min avroluq kəmərdən daha hansı başçının belində var? (FOTO)

Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən iş otağında rüşvət alarkən saxlanılan icra başçısı Mahir Quliyevin brend markalı kəmər taxırmış.

AzToday.az musavat.com-a istinadla xəbər verir ki, əməliyyat çəkilişi zamanı Mahir Quliyevin kəməri məşhur “Stefano Ricci” firmasının istehsal etdiyi kəmər olub. Hazırda bu kəmərin qiyməti isə 2800 dollardır (4760 manat).

Qlobal.az olaraq qeyd edək ki, “Stefano Ricci” firmasının kəmərlərindən istifadə edən başçı tək Mahir Quliyev deyil. Belə ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də bu bahalı markadan olan kəmərlərdən istifadə edir.

Bu barədə ötən ilin dekabr ayının 23-də xəbər dərc etmişik: https://aztoday.az/news/61503.html

Qeyd edək ki, M.Quliyev rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi ağır maddələrlə ittiham edilir. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 2 min avroluq kəmər taxan Vilyam Hacıyev ötən ilin sonunda yataqxanada 124 manata kirayədə qaldığını deməklə mətbuatın gündəminə gəlmişdi.

Bənzər yazılar

Back to top button