Hadisə

DTX müraciət etdi, özəl klinika 20 min manat cərimələndi

Gəncədə qeyri-qanunu fəaliyyət göstərən özəl klinika cərimələnib.

AzToday.az Qafqazinfoya istinadən xəbər verir ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Səhiyyə Nazirliyinə Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında yerləşən “Ankara Medik Lab” klinikasının lisenziyasız fəaliyyət göstərməsinə dair müraciət daxil olub.

Nazirliyin Tibbi Nəzarət şöbəsinin klinikada apardığı plandankənar yoxlamalar zamanı tibb müəssisəsinin həqiqətən lisenziya olmadan fəaliyyət göstərməsi aşkar edilib. Bundan sonra klinikanın rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. Protokol daha sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə klinika 20 min manat cərimə edilib.

Bənzər yazılar

Back to top button