Siyasət

Yerevan Bakını sülh prosesini pozmaq niyyətində ittiham edib

Şənbə günü Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan öz bəyanatında Azərbaycanı “qeyri-səmimilikdə” və “sülh prosesini pozmaq istəyində” ittiham edib.

“Azərbaycanın təklif etdiyi beş bəndlə bağlı Ermənistan tərəfin baxışı dəyişməzdir. 2022-ci il martın 10-da Azərbaycanın təqdim etdiyi təkliflərdə bizim üçün qeyri-məqbul heç nə yoxdur. Bu təkliflərin Ermənistan-Azərbaycan hərtərəfli sülh gündəliyinin bütün məsələlərini əhatə etməməsi başqa məsələdir. Biz ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə verdiyimiz cavabla gündəliyi tamamladıq və buna görə də sülh danışıqlarını bu əsasda davam etdirməyə hazırıq.

Bunu Brüsseldəki son müzakirələr zamanı Ermənistanın baş naziri Paşinyan bir daha təsdiqləyib.

Bu nöqteyi-nəzərə məhəl qoymamaq və ya onu dinləməmək cəhdləri erməni tərəfinə Azərbaycanın sülhə nail olmaq niyyətinin səmimiliyinə şübhə etməyə əsas verir. Bundan əlavə, danışıqların özbaşına, həqiqətə uyğun olmayan şərhinin davam etdirilməsi və razılaşmaların icrasından yayınma belə düşünməyə əsas verir ki, Azərbaycan sülh prosesini pozmaq və güc tətbiqi vasitəsilə öz etnik təmizləmə siyasətini davam etdirmək niyyətindədir”, – bəyanatda bildirilir.

Bənzər yazılar

Back to top button