Dünya

Ermənilər də FETÖ iddiasına qarışdı – TƏHDİD, ŞANTAJ VƏ ŞOK İDDİALAR!

Türkiyədəki erməni icmasına aid “Surp Agop Pirgic” xəstəxanası fondunda FETÖ iddialarının səsləndirildiyi qalmaqal baş verib.

AzToday.Az xəbər verir ki, bu barədə iddiaları yerli “Odatv” qəzeti yayıb.

Qəzetin məlumatında bildirilir ki, fondun prezidenti Bedros Şirinoğlunun xüsusi mühafizəçisi Ö.K. ilə onu qoruyan rəsmi polis S.T. arasında mübahisə baş verib. Mübahisə zəminində işdən çıxarılan Ö.K. polis əməkdaşı S.T.nin FETÖ (Fətullahçı Terror Qruplaşması) üzvü olduğunu iddia edib.

Həmin şəxsin bəzi polislərlə gizli çəkilişlər apardığını və şantajla məşğul olduğunu iddia edən Ö.K., şantaj yolu ilə əldə edilən pulların FETÖ ittihamı ilə işindən uzaqlaşdırılan digər polislərə ötürüldüyünü irəli sürüb.

Polis əməkdaşının xidməti kompüterindən əldə etdiyi bəzi fotolar və sənədlərlə prokurorluğa müraciət edən Ö.K., həmin sənədləri araşdırdığı zaman işdən çıxarıldığını, həyat yoldaşına qarşı təxribat qurularaq terrorçuluqda ittiham edildiyini və təhdidlərə məruz qaldığını bildirib.

Müraciətdə polis əməkdaşı S.T.nin gizli çəkilişlə məşğul olduğu, vəzifəsindən sui-istifadə etdiyi, qeyri-leqal fəaliyyətləri olduğu, FETÖ üzvü olduğu, təhdid və şantajla məşğul olduğu iddia edilib.

İşdən çıxarılan mühafizəçi Ö.K. ilə həyat yoldaşı D.B.K. İstanbul Bakırköy Respublika Prokurorluğuna ərizə ilə müraciət edərək polis əməkdaşı S.T. barəsində məhkəmə iddiası qaldırılmasını tələb ediblər.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button