İdman

“Ronaldoya görə təəssüflənirik”

“Yuventus”un direktoru Maurisio Arrivabene sabiq futbolçuları Kriştiano Ronaldo haqqında danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, deyib:

“Ronaldo və “Yuventus”un yolları ayrıldı. Bir-birimizə hörmət bəsləyərək ayrıldıq. Bu il “Mançester Yunayted”də onun başına gələnlərə görə təəssüflənirik. Lakin bu, bizim problemimiz deyil”.

Qeyd edək ki, Ronaldo ötən ilin yayında “Mançester Yunayted”ə keçib. Onun klubdan ayrılmaq istədiyi bildirilir.

Xatırladaq ki, Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da oynayıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button