Cəmiyyət

Gəncə şəhərinin Kəpəz və Nizami rayonları ləğv edilib

Milli Məclis Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair qanun qəbul edib.

Parlament “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsini bu gün müzakirəyə çıxarıb.

Sənədə görə, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv edilir, inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Gəncə şəhərinin Kəpəz və Nizami rayonları 21 noyabr 1980-ci ildə yaradılmışdı.

Gəncə şəhəri (Bakıdan 364 kilometr qərb) Azərbaycanın qədim şəhrələrindədir, tarixi məlumatlara görə, əsası 660-cı ildə qoyulub. Hazırda şəhərin sahəsi 298 kvadrat kilometr, əhalisi 350 mindən çoxdur.

Bənzər yazılar

Back to top button