GündəmSiyasət

ABŞ Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən “dərin narahatdır”

Cümə axşamı ABŞ Dağlıq Qarabağdakı humanitar vəziyyətdən “dərin narahatlığını” ifadə edib, Turan-ın Vaşinqton müxbiri xəbər verir.

Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib: “Biz layiqli dolanışıq üçün zəruri olan ərzaq, dərman və digər malların blokadası nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatıq”.

Birləşmiş Ştatlar “son bir neçə həftə ərzində Dağlıq Qarabağ əhalisinə humanitar yardımın çatmasına üçün tərəflərlə ardıcıl işləyib. Biz humanitar, kommersiya və sərnişin daşımaları üçün Laçın dəhlizinin dərhal açılmasına çağırışımızı təkrar edirik”, – Miller bildirib.

Mətbuat katibi daha sonra əlavə etdi: “Bundan başqa, Bakıdan olan rəsmilər və Stepanakertdən olan nümayəndələr təxirə salınmadan Dağlıq Qarabağın kişi, qadın və uşaqları üçün vacib ərzaq ehtiyatlarının, o cümlədən əlavə təchizat marşrutlarının daşınması yollarını razılaşdırmaq üçün görüşməli və bütün həll edilməmiş məsələlər” üzrə müzakirələri yenidən açmalıdırlar”.

“Əsas humanitar yardım heç vaxt siyasi ziddiyətlərin girovu olmamalıdır” dedi.

Bənzər yazılar

Back to top button