Siyasət

Ceyhun Bayramov səfirliyin fəaliyyətinin bərpası şərtlərini açıqlayıb

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası diplomatik missiyaya hücum işi üzrə məhkəmə prosesinin nəticələrindən və Tehranın təhlükəsizliyə tam təminat verməsindən asılı olacaq.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünənki mətbuat konfransında bildirib.

Azərbaycan tərəfi cinayət törətmiş şəxsin ən ağır cəza alacağını gözləyir.

Həmçinin İran tərəfi səfirliyin fəaliyyətinin təhlükəsizliyinə möhkəm zəmanət verməlidir, nazir deyib.

Onun sözlərinə görə, sonrakı qərar səfirliyə hücumda təqsirləndirilən şəxsin məhkəmə prosesinin nəticələrindən asılı olaraq qəbul ediləcək.

“Əgər qeyd etdiyim məsələlər müsbət həll olunarsa, səfirliyin fəaliyyətinin bərpası mümkün olacaq”, – Bayramov deyib.

Azərbaycan bu il yanvarın 27-də diplomatik missiyaya silahlı hücumdan sonra Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb, onun əməkdaşlarını və ailə üzvlərini təxliyə edib.

Silahlı şəxs səfirliyə hücum edib, bir mühafizəçini öldürüb, iki nəfəri yaralayıb. Bu müddətdə İranın təhlükəsizlik qüvvələri hadisəyə seyrçi qalıb. Yaralı mühafizəçilərdən biri hücumçunu səfirliyin binasından çıxara bilib. Azərbaycan bu hücumu terror aktı kimi qiymətləndirib.

Bənzər yazılar

Back to top button