Cəmiyyət

Havanın pisləşəcəyi gözlənilir

Sentyabrın 6-da Bakıda və Abşeronda hava şəraitinin kəskin pisləşəcəyi göslənilir, havanın temperaturu enəcək, yağış yağacaq və güclü şimal-qərb küləyi əsəcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.

Gündüz havanın temperaturu müsbət 23+26 dərəcəyə enəcək, gecə müsbət 18+20 dərəcə olacaq.

Ölkə rayonlarında da şimşək çaxacaq, yağış yağacaq, dağlarda leysan olacaq, dolu düşəcək.

Gündüz aran rayonlarında havanın temperaturu müsbət 25+29, dağlarda müsbət 9+14 dərəcə olacaq

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button