Hadisə

Saxtakar “kriptovalyuta alverçiləri” saxlanılıb

Bakıda polis vətəndaşları aldadaraq 1 milyon manat məbləğində vəsaiti mənimsəyən iki nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, onlar “instagram” sosial şəbəkəsində və müxtəlif xəbər portallarında elanlar yerləşdirərək vətəndaşlara pul qismində yatırım edəcəkləri halda külli miqdarda maddi vəsait qazanacaqlarını vəd ediblər.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Rəşid Bayramov və onun tanışı Vüqar Əliyev saxlanılıb.

Müəyyən edilib ki, onlar 100-dən çox adamın pulunu mənimsəyərək beynəlxalq birjalarda və kriptovalyuta alqı-satqısında heç bir əməliyyat etmədən dələduzluq yolu ilə zərərçəkənləri aldadıblar. Bayramov və Əliyev vətəndaşlara 1 milyon manata yaxın ziyan vurublar.

Faktla bağlı cinayət işi açılıb, Rəşid Bayramov və Vüqar Əliyev məhkəmənin qərarı ilə həbs ediliblər.

Bənzər yazılar

Back to top button