Siyasət

Ruben Vardanyan qarabağlıları ermənilərin nifrətindən “xilas edəcək”

“Regionu məhv olmaqdan xilas etmək” üçün Qarabağa köçdüyünü bəyan edən rusiyalı sahibkar Ruben Vardanyan Xankəndidə bir sıra səs-küylü bəyanatlar verib.

O bildirib ki, Ermənistanda Qarabağa və Qarabağ xalqına qarşı nifrət var və o, bunu aradan qaldırmaq üçün hər şeyi edəcək. Üstəlik, bunu daxili turizmi inkişaf etdirməklə edəcək.

“Ermənistanda Arsaxa və arsaxlılara qarşı nifrət var və biz hər şeyi edəcəyik ki, Ermənistanda yaşayan ermənilər Artsaxa gəlib oranı görsünlər. Onlar gəlib görməlidirlər ki, adamlar torpaq uğrunda, abidələr uğrynda, kilsələr uğrunda öz həyatlarını, övladlarını qurban veriblər”, – “Azadlıq” radiosunun Ermənistan xidməti Vardanyandan sitat gətirib.

Vardanyan əmindir ki, onun iştirakı Qarabağ sakinlərini onların tək olmadığına inandıracaq. O ciddi olduğunu və qarabağlıları atmayacağını bildirib.

O həmçinin bildirib ki, Rusiya vətəndaşlığından imtina Qərbin sanksiyaları təhlükəsilə əlaqədar deyil, çünki ona qarşı sanksiyalar tətbiq edilməyib. O, jurnalistlərin suallarını cavablandırarkən Ermənistanda baş nazir postu da daxil olmaqla, dövlət postu tuta biləcəyini istisna etməyib.(Turan)

Bənzər yazılar

Back to top button