İdman

Ronaldonun “Qızıl top”un səsverməsindəki yeri açıqlandı

Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun “Qızıl top” üçün səsvermədə neçənci yeri tutduğu məlum olub.

Qol.az mükafatın sosial səbəkələrdəki rəsmi səhifəsinə istinadən yaydığı xəbərə görə, 37 yaşlı oyunçu səsvermədə 20-ci olub.

Xatırladaq ki, Ronaldo bu mükafatı 5 dəfə – 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə qazanıb. 6 dəfə səsvermədə 2-ci (2007, 2009, 2011, 2012, 2015, 2018), 2019-cu ildə isə 3-cü yeri tutub.

“Qızıl top”un builki mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Bənzər yazılar

Back to top button