AnalitikaSiyasət

Vaşinqton birbaşa danışıqların tərəfdarıdır

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun bölgəyə səfəri yekunlaşıb, o Bakıda prezident İlham Əliyevlə, İrəvanla baş nazir Nikol Paşinyanla görüşüb, fikir mübadiləsi aparıb. Bono görüşləri bitirdikdən sonra “Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik” fikrini səsləndirib. Bono birbaşa dialoq nəticəsində müsbət nəticə əldə olunacağı qənaətindədir: “Çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür”.

Vaşinqton Bononun diliylə Bakı ilə İrəvana vasitəçi olmadan dialoqu genişləndirməyi təklif edib. Hazırda 3 vasitəçi var. Bu Moskva, Brüssel və Vaşintondur. İki ildir danışıqlar müxtəlif formatlarda gedir, nəticə yoxdur. Yaxın tarix göstərir ki, müxtəlif münaqişələrin qısa və uzunmüddətli həllərində birbaşa danışıqlar nəticə verməyib. Əsasən tərəfsiz vasitəçilər münaqişələrin həllində önəmli rol oynayırlar. Misal üçün Serbiya ilə Kosovo arasında gərginlik illərdir davam edir. Birbaşa təmaslar nəticə verməyib. Bu ikisi arasında əsas iki vasitəçi – Vaşinqton və Brüssel var. Hazırda həm Kosovo, həm Serbiya Avropa İttifaqının həll planına razılaşmaq ərəfəsindədir. Barış olarsa hər ikisinin Avropa İttifaqına üzvlüyü reallaşacaq.

Buna baxmayaraq, amerikalı diplomatın Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun zərəri də yoxdur. Hər iki tərəf daimi işçi qrup formalaşdıra bilər və həmin qrup Tiflisdə müxtəlif məsələləri daimi əsasda müzakirə edə bilər. Bunun ümumi nəticəyə müsbət təsiri ola bilər.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button