İdman

“Superliqa tezliklə yaradılacaq” – Toni Kroos

“Real Madrid”in yarımmüdafiəçisi Toni Kroos Avropa Superliqası layihəsinin gec-tez həyata keçiriləcəyini düşünür.

Fanat.Az xəbər verir ki, “Mundo Deportivo” alman futbolçunun dediklərini belə çatdırıb:

“Superliqa tezliklə yaradılacaq. Amma bunun nə vaxt baş verəcəyini deyə bilmərəm. Görünən budur ki, ideya hələ yaddan çıxmayıb. Sadəcə, reallaşması üçün müəyyən zamana ehtiyac var. Yəqin ki, bu plan gerçəkləşəndə mən artıq karyeramı bitirmiş olacağam”.

Bənzər yazılar

Back to top button