İqtisadiyyat

Azərbaycanda aviaşirkətin də saytı çökdü: Sərnişinlər bilet ala bilmirlər

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin tərkibindəki “Buta Airways” aviaşirkətinin saytının fəalliyəti hazırda dayanıb. Onlarla istifadəçi günorta saatlarından etibarən sayta daxil ola və nəticədə bilet əldə edə bilmədiklərini söyləyib.

Məsələ ilə bağlı AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski “Qafqazinfo”ya açıqlamasında bildirib ki, texniki problem saytın serveri ilə bağlıdır:

“Hazırda texniki əməkdaşlar problemin aradan qaldırılması və saytın yenidən fəaliyyətə başlaması üçün çalışırlar. Problemin nə zaman həll olunacağı dəqiq bilinmir”.

Qeyd edək ki, bu gün Azərbaycanda internet və hostinq xidmətləri göstərən “Alfanet” şirkətinin fəaliyyətində də fasilə yaranıb.

Bənzər yazılar

Back to top button