Cəmiyyət

Sabah Bakıda fasilələrlə yağış, bəzi rayonlarda isə leysan xarakterli yağışlar gözlənilir

Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, havanın temperaturunun gecə 16-19 dərəcə isti, gündüz 20-23 dərəcə isti, Bakıda gecə 16-18 dərəcə isti, gündüz 21-23 dərəcə isti olacağı, şimal-qərb küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı bildirlir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışın intensiv olacağı, dolu düşəcəyi, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz 20-24 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button