GündəmHadisə

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib edib

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan tərəfdən açılan atəş nəticəsində erməni əsgərin öldüyü haqqında məlumatı təkzib edib.

“Ermənistan Müdafiə Nazirliyi sentyabrın 5-də axşam saatlarında Azərbaycan SQ tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu məlumatı qəti surətdə təkzib edirik”, deyə nazirliyin məlumatında qeyd edilib.

Bənzər yazılar

Back to top button