Cəmiyyət

Deputat danışdı: “Mən o toya dəvət olunmamışam”

O məşhur toyla bağlı ilk tənqidi açıqlamanı bütün saytlara elə mən vermişəm”. 

Bu sözləri Yenisabah.az-a deputat Bəxtiyar Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. 

O əlavə edib ki, hər kəs, xüsusilə vəzifəli şəxslər, deputatlar karantrin qaydalarına ciddi əməl etsinlər. 

“Biz özümüz bunu tələb ediriksə, özümüz də pozmamalıyıq. Belə absurd şayiələri bilmirəm kim yayır. Belə şeylərə də təəccüblənmirəm. Çünki zaman-zaman haqqımızda müxtəlif həqiqətəuyğun olmayan məlumatlar, şayiələr yayılıb. Mən də açığı normal baxıram, yaysınlar da. Amma belə bir fakt yoxdur. 

Yəni, nə toya dəvət olunnmuşam, nə də orada iştirak etmişəm”, – deyə Bəxtiyar Əliyev vurğulayıb.

Bənzər yazılar

Back to top button