Dünya

Gücü tükənən Rusiya Şimali Koreyaya möhtac qalıb

Rusiya Müdafiə Nazirliyi Ukraynada davam edən döyüşlər üçün Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi almaq prosesindədir,

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat verib.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisi “Associated Press”ə: “Moskvanın dünyanın əksər ölkələri tərəfindən təcrid olunmuş Şimali Koreyaya üz tutması faktı Rusiya ordusunun ixrac nəzarəti və sanksiyalarla bağlı Ukraynada ciddi təchizat çatışmazlığından əziyyət çəkdiyini göstərir”, – deyə bildirib.

ABŞ kəşfiyyat rəsmiləri hesab edir ki, ruslar gələcəkdə Şimali Koreyadan əlavə hərbi texnika almaq fikrinə düşə bilər. Kəşfiyyat məlumatı ilk dəfə “The New York Times” tərəfindən dərc edilib.

ABŞ rəsmisi Rusiyanın Şimali Koreyadan nə qədər silah almaq niyyətində olduğunu açıqlamayıb.

“AP” xəbər verir ki, Bayden administrasiyası bu məlumatı avqust ayında Rusiya ordusunun İran istehsalı olan dronları Ukraynada döyüş meydanında istifadə etmək üçün təhvil aldığını təsdiqlədikdən sonra məlum olub. Ağ Ev ötən həftə Rusiyanın Ukrayna ilə müharibəsində istifadə etmək üçün Tehrandan aldığı İran istehsalı olan dronlarla bağlı texniki problemlərlə üzləşdiyini bildirib.

Rusiya keçən ay bir neçə gün ərzində “Mohajer-6” və “Shahed” seriyalı pilotsuz uçuş aparatları alıb.

Şimali Koreya, Avropa və Qərbin böyük bir hissəsindən uzaqlaşdıqca, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır. Şimali Koreya Ukrayna böhranında ABŞ-ı günahlandırır. KXDR Qərbin “hegemon siyasətindən” Rusiyanın özünü qorumaq üçün Ukraynadakı hərbi fəaliyyətinə haqq qazandırıb.

Şimali Koreya ölkənin şərqində Rusiya tərəfindən işğal olunmuş ərazilərin bərpasına kömək etmək üçün inşaat işçiləri göndərməkdə maraqlı olduqlarına işarə ediblər.

Şimali Koreyanın Moskvadakı səfiri bu yaxınlarda Ukraynanın Donbas bölgəsində Rusiyanın dəstəklədiyi iki separatçı ərazinin nümayəndələri ilə görüşüb və ölkəsinin pandemiya ilə bağlı sərhəd nəzarətini yumşaltmasını əsas gətirərək “əmək miqrasiyası sahəsində” əməkdaşlığa nikbin olduğunu bildirib.

Bənzər yazılar

Back to top button