Hadisə

Ekoaktivist: Prezidentin sərəncamı göydə qalıb

Zaqatalada məişət tullantıları poliqonu hər gün yanır.

Zaqatala rayonun mərkəzindən 8 km uzaqlıq yerləşən “Şimal-şərq” massivində böyük bir ərazi zibil poliqonu kimi istifadə olunur.

Ekoaktivist Kənan Xəlilzadə Toplum TV-yə bildirib ki, bu problemlə bağlı prezidentin də sərəncamı var:

“Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 637 nömrəli Sərəncamında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair proqram hazırlanmışdı. Bu problem 2022-ci ildə öz həllini tapmalı idi. Lakin bu problem hələ də qalmaqdadır.”

İstehsalat və məişət tullantıları haqqında qanunun 12-ci maddəsində deyilir:

“Atmosferə zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasını qadağan edir”.

Lakin bu poliqonda tullantılar çeşidlənmədən yandırlır.

Ekoaktivist bildirir ki, prezidentin sərəncamı icra olunmayıb, göydə qalıb:

“Başqa rayonlarda da vəziyyət belədir. Tullantılar çeşidlənmədən yandırılır. Prezidentin sərəncamı icra olunmur, göydə qalıb. Niyə icra olunmur? Bilmirəm”.

Bənzər yazılar

Back to top button