Siyasət

Paşinyan komandasının üzvü Yerevanın Əliyevlə sülh sazişi imzalamaq niyyətində olduğunu təsdiq edib

Dünən Ermənistanın baş naziri öz partiyasının üzvləri və deputatlarla qapalı görüş keçirib. O, görüşdə ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamaq niyyətində olduğunu bildirib.

Parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan jurnalistlərə görüş faktını və Paşinyanın bəyanatını təsdiq edib. O, sülh sazişinin imzalanması müddəti haqqında suala cavabdan yayınıb və belə deyib: “Bu istiqamətdə iş gedir, görüşlər keçirilir”.

Eyni zamanda, o, sazişin imzalanmasının gecikməsinin Ermənistan tərəfin maraqlarına uyğun olmadığı haqqında mühüm bir məqama toxunub. “Hazırda biz elə bir vəziyyətə düşmüşük ki, bizim vaxtı uzatmaq şansımız yoxdur”, deyə “Azadlıq” radiosunun Ermənistan redaksiyası Koçaryandan sitat gətirir.

Qeyd edək ki, bir gün əvvəl Ermənistanın XİN başçısı Ararat Mirzoyan yenidən Qarabağın statusu məsələsinə, ATƏT MQ-nin danışıqlarda iştirakına və Bakının sülh prosesini pozmaq cəhdlərinə toxunub. (Turan)

Bənzər yazılar

Back to top button