İdman

“Qalatasaray”a geri dönən Arda Turan: “Çox xoşbəxtəm”

Xəbər verdiyimiz kimi, 9 illik fasilədən sonra Arda Turan yenidən sabiq klubu “Qalatasaray”a qayıdıb.

Fanat.az xəbər verir ki, klubun kanalına danışan 33 yaşlı futbolçu “sarı qırmızılı” formada məşqə çıxmağı səbirsizliklə gözlədiyini bildirib.

“Həm formama, həm “Qalatasaray” camiəsinə, həm də məşqçimə qovuşacağım üçün çox xoşbəxtəm. İnşallah, hər şey yaxşı olacaq. Çox dərin duyğular içərisindəyəm. Mənim üçün danışmaq yox, meydana çıxıb mübarizə aparmaq zamanıdır”, deyə Arda Turan hisslərini ifadə edib.

Azarkeşlər üçün darıxdığını qeyd edən Arda onları qovuşdurduğu üçün baş məşqçisi Fatih Tərimə təşəkkürünü bildirib.

Qeyd edək ki, Arda Turan 2011-ci ildə “Qalatasaray”dan “Atletiko”ya 13 milyon avroya transfer olunmuşdu. Daha sonra “Barselona”ya keçən futbolçu 2019/20 mövsümündə icarə əsasında “Başakşəhər”də oynayıb. Bu ilin əvvəlindən isə Arda Turanla müqaviləyə xitam verilib.

Bənzər yazılar

Back to top button