Hadisə

Gəncədə ər hamilə arvadının boğazını kəsib, özünü bıçaqlayıb

Gəncə şəhərində ər hamilə arvadının boğazını kəsib, özünü isə bıçaqlayıb.

AzToday.Az xəbər verir ki, “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı”adlanan ərazidə baş verib.

Hələlik adı məlum olmayan şəxs hamilə arvadı – 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır

Bənzər yazılar

Back to top button