İqtisadiyyatManşet

Bolqarıstanın “Optix” şirkəti Azərbaycan hərbçilərilə danışıqlar aparır

Bolqarıstanın “Optix” özəl şirkəti Bakıya özünün ixtisaslaşdırılmış optika məhsullarının tədarükü üçün Azərbaycanın müxtəlif qoşun növlərinin nümayəndələrilə konkret danışıqlar aparır. Bu barədə Turan-a ADEX 2022 sərgisində iştirak edən “Optix” əməkdaşı Georgi Stefanov bildirib.

“Azərbaycan tərəfinin RPG-7 qumbaraatanları və digər silah növləri üçün termal görüntüləmə komponentlərinə marağı var. Və biz məhsuldar danışıqları səbirsizliklə gözləyirik”, -Stefanov Turan-a eksklüziv olaraq bildirib.

O, əlavə edib ki, “Optix”in tezliklə 25 yaşı olacaq, o, Bolqarıstan ordusu üçün optik-elektron məhsulların əsas təchizatçısıdır (gecə görmə eynəkləri xüsusilə populyardır), həmçinin dünyanın 45-dən çox ölkəsindən şirkətlərlə müqaviləsi var.

“Biz dünya standartlarına uyğun olaraq hərbi və mülki təyinatlı optik komponentlərin (optik-elektron və optik-mexaniki yığımlar), termal görüntülər, gecə-gündüz görmə cihazları və digər hərbi məhsulların buraxılışında ixtisaslaşmışıq”, – Stefanov bildirib.

Onun sözlərinə görə, dünyada sərhədlərin, strateji dövlət obyektlərinin mühafizəsi üçün zəruri olan inteqrasiya edilmiş videomüşahidə və təhlil sistemi (tam tsikl) üzrə “Optix”in işlərinə tələbat var. Artıq belə sistemlər Bolqarıstandan Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Amerika və Afrika ölkələrinə göndərilib.

“Biz müntəzəm olaraq bütün dünyada ixtisaslaşmış tenderlərdə iştirak edirik. Bu yaxınlarda Avropa Sərhədlərin Mühafizəsi Agentliyinini (Frontex) bu cür inteqrasiya edilmiş müşahidə sistemlərinin yaradılması və təchizatı üzrə tenderində qalib gəldik”, – “Optix”in nümayəndəsi bildirib.

Onun sözlərinə görə, şirkət müntəzəm olaraq Bakıda ADEX sərgilərində iştirak edir və bu bazarı əməkdaşlıq üçün perspektivli hesab edir.

Bənzər yazılar

Back to top button