Dünya

Dövlət Departamenti: Rusiya Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi alır

ABŞ Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Şimali Koreyadan raket və artilleriya mərmiləri alması barədə xəbərləri təsdiqləyib.

“Rusiya Müdafiə Nazirliyi Ukraynada istifadə etmək üçün Şimali Koreyadan milyonlarla mərmi və raket alır”, – Dövlət Departamentinin nümayəndəsinin müavini Vedant Patel çərşənbə axşamı brifinqdə Turan-ın Vaşinqton müxbirinin sualını cavablandırarkən deyib.

“Bu alış göstərir ki, Rusiya ordusunda ciddi çatışmazlıq var. Bu, qismən ixrac nəzarəti və sanksiyaların nəticəsidir”, – Patel deyib.

Birləşmiş Millətlər Təşkilatı Pxenyana silah idxalını və ya ixracını qadağan edir, bu o deməkdir ki, Rusiyaya raket və artilleriya mərmilərinin satışı bu embarqonu pozacaq.

Turan-ın “Administrasiya Moskvaya təzyiq göstərmək üçün yeni addımları nəzərdən keçirirmi?” sualının cavabında Patel deyib ki, bunun üçün variantlar var.

Bənzər yazılar

Back to top button