İqtisadiyyat

Kəmaləddin Heydərovun 20 şirkətinin qanuni təmsilçisi kimdir?..

“Azəriqaz”la məşhur şirkət arasında qalmaqal…

“Azəriqaz” İstehsalat Birliyi “Caspian Fish Co Azerbaijan” MMC-ni məhkəməyə verib. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən irəli gələn mübahisələrlə bağlıdır.

“Caspian Fish Co Azerbaijan” MMC-nin “Azəriqaz”a külli miqdarda borcu yaranıb. Amma naməlum səbəblərdən şirkət borcunu ödəmir. Bu baxımdan, “Azəriqaz” məhkəməyə müraciət etməli olub.

“Caspian Fish Co Azerbaijan” MMC 19 sentyabr 2000-ci ildə təsis edilib. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Sultanov Emil Rauf oğludur.

Mediada gedən və bu günə qədər təkzib olunmayan məlumatlara görə, “Caspian Fish Co Azerbaijan” MMC Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur.

Emil Sultanov isə Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olan daha 20 şirkətin qanuni təmsilçisidir. Həmin şirkətlər aşağıdakılardır:

“STR İmport and Distributon”,

“Delfin-Tikinti”,

“MNK”,

“Az Sole Co Ltd”,

“Az Refrigerator Ko Ltd”,

“Dəniz Co. Ltd”,

“Azcapital Services”,

“Real Estate Management”,

“İlandağ İnvestment Group”,

“İlandağ Services”,

“Kaspia Real Estate Group”,

“Kaspia Real Estate Services”,

“Hereti Real Estate”,

“Bio Box” (əvvəlki adı “General Management Consulting”),

“Gilan Vegetables”,

“Gilan Aqro”,

“Gilan Plastik”,

“Gilan İnşaat”,

“Gilan Zeytun” və “Baku İnternational Tobacco” MMC-lərin meneceridir.

pia.az

Bənzər yazılar

Back to top button