Siyasət

Ərdoğan Niderlandın Baş naziri ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı regional məsələlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi və Türkiyə ilə Niderland arasında münasibətlərin dərinləşdirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Bənzər yazılar

Back to top button