GündəmManşetSiyasət

Azərbaycan İsraillə hərbi əməkdaşlığı möhkəmləndirir

Azərbaycan regional təhlükəsizliyin təmin olunmasına kömək edən İsraillə hərbi əməkdaşlığı möhkəmləndirməyi vacib hesab edir. Bu barədə müdafiə naziri Zakir Həsənov İsrailin “Rafael” müdafiə konserninin rəhbəri Yoar Har Even ilə görüşdə bildirib.

“Rafael” və İsrailin daha səkkiz şirkət Bakıda ADEX dördüncü beynəlxalq silah sərgisində iştirak edir.

Bu konsern 1948-ci ildən fəaliyyət göstərir (əvvəllər EMED kimi tanınıb) və İsrailin ən böyük silah ixracatçısı dördlüyünə daxildir, dünyanın 100 ən böyük silah firmasından biridir və 2021-ci ilin yekunlarına əsasən satışdan yüz milyonlarla dollar xalis gəliri olub.

Əsas iş sahəsi raket və aviasiya texnologiyaları, hava hücumundan müdafiə sistemləri, taktiki raket silahlarıdır. Məşhur olanlar arasında AGM-142 Have Nap “hava-yer” raketləri, “Şafrir” “hava-hava” raketləri, SPIKE tank əleyhinə raket kompleksləri, “Skylite” pilotsuz uçuş aparatları, Protector USV məsafədən idarə olunan qayıq, “Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi, SPRO-A “Trophy” zirehli texnikanın aktiv mühafizə sistemi, və “Dəmir şüa” lazer raket əleyhinə müdafiə sistemi var.

Turan agentliyi Bakıda ADEX 2022 sərgisində iştirak edən daha iki İsrail şirkətinin nümayəndələrilə söhbətləşə bilib.

İsrailin Elbit Systems şirkətinin kommunikasiya şöbəsinin rəhbəri (Senior Director Marketing Communication) Adi Pais Turan müxbiri ilə söhbətində deyib ki, müdafiə sahəsində elektron işləmlər üzrə ixtisaslaşan bu beynəlxalq yüksək texnologiyalı şirkət Azərbaycanla sıx əlaqələr saxlayır və ölkədə rəsmi tərəfdaşı var-DES.

“Sentyabrın 6-dan 8-dək keçirilən sərgidəki stendtimizdə 120 kilometrədək məsafədə yüksək dəqiqliklə zərbələrin endirilməsi üçün nəzərdə tutulan yeni – REST (aviabombaların idarəolunması kompleksi) bombanı (çəkisi – 250/500 kiloqram) nümayiş etdiririk. Bütün dünyada tələb olunan modellər – 250/500/1000 kiloqram çaplı MPR aviabombaları ilə uyğun olan LİZARD/MPR aviabombalarının idarə olunması üzrə modul kompleks və CONDOR MS multispektral strateji aerofotoçəkiliş sistemi təqdim edirik”, Pais qeyd edib.

Həmçinin hərbi vertolyotların bortunda yerləşdirilə bilən MWS raket hücumu haqda bort xəbərdarlıq sistemi, infraqırmızı əks-tədbir lazerinə əsaslanan DIRCM bort müdafiə sistemi mütəxəssislərin diqqətinə layiqdir.

GATR idarəolunan taktiki raket və uzun mənzilli yüksək dəqiqlikli RAMPAGE “hava-yer” raketinə də maraq var.

Bizim əsas fəaliyyətlərimiz hərbi təyyarələri və vertolyotları əhatə edir:

– kommersiya aviasiya sistemlərinin və aerokonstruksiyaların yaradılması;

– pilotsuz aviasiya kompleksləri;

– elektron-optik sistemlər, gecə görmə sistemləri;

– yerüstü nəqliyyat vasitələri sistemləri, radioelektron mübarizə və elektron kəşfiyyat sistemləri.

İsrailin hökumətlərin və onlarla əlaqədar agentliklərin hava, dəniz və yerüstü parklarının müdafiəsi üçün innovasiya həllərinin və texnologiyaların qlobal təchizatçısı olan BIRD Aerosystems şirkəti Bakıda bort raket əleyhinə müdafiə sistem (AMPS) sahəsində özünün son işlərini, o cümlədən bu gün üçün nəzərdə tutulmuş ən yüngül infraqırmızı sistem üzrə ən son inkişafları təqdim edib.” Bu barədə jurnalistlərə BIRD Aerosystems şirkətinin həmrəhbəri və təsisçisi Ronen Faktor bildirib.

Qeyd edək ki, BIRD şirkətinin AMPS raket əleyhinə müdafiə sistemi real şəraitdə sınaqdan keçirilib və artıq dünyanın yüzlərlə uçan aparatında, o cümlədən Mİ-17 vertolyotlarında quraşdırılıb.

O, həm təyyarələr, həm də vertolyotlar üçün “yer-hava” raketlərinin yaratdığı artan təhlükədən ən effektiv müdafiəni təmin edir. Sistem yanlış hədəflərdən effektiv istifadə etməklə (istilik tələləri və dipol yansıtıcılar) “yer-hava” raketlərinin (SAM) avtomatik aşkar edilməsi, səhihliyin yoxlanılması və dəf edilməsi, infraqırmızı başlıqlar üçün əngəl yaradan DIRCM SPREOS sistemi üçün nəzərdə tutulub.

Bakı tədbirində həmçinin İsrailin IMAGESAT, IAI-Israel aerospace Ind, Emtan Karmiel şirkətləri iştirak edir.

Bənzər yazılar

Back to top button