Siyasət

İstintaq təcridxanasında Əli Əliyevin yaxınları ilə telefon əlaqəsi bərpa edilib

Vətəndaş və İnkişaf Partiyasının sədri, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Əli Əliyevin ailəsilə telefon əlaqəsi bərpa edilib və o, ailəsinə zəng edib. Bu barədə Turan-a Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər.

Bu məlumatı vəkil Toğrul Babayev də təsdiqləyib.

Bundan öncə vəkil bildirmişdi ki, avqustun 21-dən Əli Əliyev yaxınlarına zəng edə bilmir.

Avqustun 30-da Əliyevin xanımı həyat yoldaşının telefon danışıqlarından məhrum edilməsilə bağlı ombudsmana müraciət edib.

Əli Əliyev bu ilin yanvarından böhtan ittihamı ilə üç dəfə, ümumilikdə isə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Bənzər yazılar

Back to top button