Siyasət

Ermənistan Azərbaycana dəhliz açacağı ilə bağlı şifahi vədlər verməyib – Paşinyan

Ermənistan Azərbaycana “dəhliz” verməklə bağlı nə yazılı, nə də şifahi vədlər verib.

Qaynarinfo “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu cümə axşamı hökumətin iclasında baş nazir Nikol Paşinyan deyib.

O deyib ki, İrəvanın Ermənistan ərazisindən Azərbaycana “dəhliz” vəd etdiyi barədə yayılan məlumatlar doğru deyil.

“Ermənistan dəhlizin açılmasını nəzərdə tutan bir dənə də olsun sənəd imzalamayıb. Təbii ki, Ermənistanın kiməsə şifahi vəd verməsi barədə deyilənlər doğru deyil. Əvvəllər olduğu kimi, indi də Ermənistan regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarını blokdan çıxarmağa hazırdır”, o, qeyd edib.

Üçtərəfli sənədin müvafiq müddəasının həyata keçirilməsi heç bir halda suverenliyin itirilməsini nəzərdə tutmur, İrəvan yolları açmağa və yeni nəqliyyat infrastrukturlarını istismara verməyə hazırdır, – Paşinyan əlavə edib.

Bənzər yazılar

Back to top button