Hadisə

“Haqqımdakı iddialarla bağlı canlı yayımda açıqlama verəcəyəm”

“Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallı ötən gün haqqında yayılan iddialarla bağlı canlı yayımda açıqlama verəcək.

O, bu barədə Yeniavaz.com-a danışıb.

Jurnalist bildirib ki, bu gün sosial şəbəkələr vasitəsilə iddialara cavab verəcək:

“Bu gün saat 10-da sosial şəbəkə hesablarımda canlı yayım vasitəsilə iddialarla bağlı danışacam. Bu barədə bütün suallara cavab verəcəyəm”.

Xatırladaq ki, ötən gün “Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar və bununla bağlı jurnalistin səs yazısı yayılıb.

Bənzər yazılar

Back to top button