GündəmHadisəManşet

Kəlbəcər və Tovuzla sərhəddə atışma

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Azərbaycan Ordusunun adı çəkilən istiqamətlərdə yerləşən mövqelərinin sentyabrın 7-si saat 21-dən, sentyabrın 8-i saat 04-ə kimi fasilələrlə atəşə tutulduğu bildirilir.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bənzər yazılar

Back to top button