Dünya

ABŞ sanksiyaya hazırlaşır: Haftarın ABŞ vətəndaşlığı və MKİ ilə əlaqəsi üzə çıxdı

ABŞ hakimiyyəti Liviya Milli Ordusunun (LNA) marşalı Xəlifə Haftara neft ixracını bərpa etməkdən imtina etdiyi üçün sanksiya tətbiq etmək imkanlarını nəzərdən keçirir. Qaynarinfo xəbər verir ki, bu barədə “Wall Street Journal” anonim mənbələrə istinadən yazıb.

Adı açıqlanmayan rəsmilərin jurnala dediyi kimi, Vaşinqton artıq Haftara sanksiya tətbiq etmək təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Qəzetin yazdığına görə, Ağ Ev hesab edir ki, sanksiyalar Haftarı “Tripolidəki müxaliflərlə razılığa gəlməyə və Rusiya ilə münasibətləri kəsməyə” məcbur edə bilər.

Öz növbəsində, Avropa və Liviya rəsmiləri nəşrə bildiriblər ki, Marşal Haftarın hazırda əngəllənən neft ixracı üçün liman açmaq niyyətində olduğu iddia edilsə də, o, sonradan fikrini dəyişdirib.

Qəzetin yazdığına görə, Haftarın ABŞ-da “sürgün illərində yaşadığı” Virciniya ştatında əmlakı var. Xüsusilə, onun 185 min dollar dəyərində bir ranço və 364 min dollar dəyərində mənzil sahibi olduğu bildirilir. Haftarın həmçinin Amerika vətəndaşlığının və Müəmmər Qəzzafi dövründə MKİ ilə əlaqələrinin olduğu deyilir.

Bənzər yazılar

Back to top button