Dünya

ABŞ dövlət katibi gözlənilmədən Ukraynaya səfər edib

ABŞ dövlət katibi Entoni Blinken avqustun 8-də gözlənilmədən Ukraynaya səfər edib. O, ölkə rəhbərliyi ilə görüşmək və Ukrayna 2 milyard dollardan çox yeni hərbi yardımın ayrılacağını elan etmək üçün Kiyeva gəlib.

Dövlət Departamentinin yüksək rütbəli rəsmisi jurnalistlərə deyib ki, “bu vəsait ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcmini bu təxminən 15,2 milyard dollara çatdıracaq”.

Blinken təhlükəsizlik səbəbindən əvvəlcədən elan olunmayan səfər zamanı müxtəlif rəsmilərlə görüşür. O, cümə axşamı səhər uşaq xəstəxanasına baş çəkərək, müharibədən zərər çəkmiş uşaqlar və ailələrlə görüşəcək.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button