GündəmManşetSiyasət

Ali Məhkəmə 4, Yerevan isə 5 erməninin geri qaytarıldığını bildirir

Sentyabrın 8-də axşam Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycan tərəfindən beş erməni əsiri geri qaytardığını elan edib.

Bunlar Martin Aqramanyan (1996, Gümrü), Aşot Gevorqyan (1998, Gümrü), Feliks Qriqoryan (1996, Gümrü), Varazdat Manukyan (1990, Gümrü) və Edik Hovsepyandır (1999, Vanadzor).

Onlar 2020-ci ilin dekabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Qarabağda əsir götürülüb və Azərbaycan məhkəməsi tərəfindən terrorizm ittihamı ilə məhkum ediliblər.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir: “Biz bu hərəkəti münasibətlərin normallaşması istiqamətində bir addım kimi alqışlayırıq.

* * *

Ali Məhkəmə 4 Ermənistan vətəndaşını vaxtından əvvəl azad edib

Sentyabrın 8-də Azərbaycan Ali Məhkəməsi hərbi əməliyyatlar başa çatdıqdan sonra 2020-ci ilin dekabrında Hadrutda saxlanılmış dörd Ermənistan vətəndaşının cəzasını yüngülləşdirib.

Onların cəza müddəti 1 il 8 ay 25 günə qədər azaldılıb. Bu müddət başa çatdığına görə onlar azad edilib. Ali Məhkəmədən Turan Agentliyinə bu məlumatı təsdiq ediblər. Hələlik azad olunan şəxslərin adları açıqlanmır.

Qeyri-rəsmi məlumatlara görə, yaxın günlərdə bu şəxslər Ermənistan hakimiyyətinə təhvil veriləcək.

Ali Məhkəmənin saytında sentyabrın 7-də kassasiya şikayətləri təqdim edilən 26 Ermənistan vətəndaşının siyahısı dərc edilib. Onlar hamısı terrorçuluq ittihamı ilə mühakimə edilib.

Göründüyü qədər, azad olunan Ermənistan vətəndaşlarının sayı dörd nəfər olaraq qalmayacaq.

Xatırladaq ki, dekabrın 13-də DTX-nin xüsusi əməliyyatı zamanı 60-dan çox Ermənistan vətəndaşı saxlanılıb.

Bu, Ermənistanın Gümrü şəhərindən olan hərbi birləşmə idi. Sonradan onlar müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Onların bir hissəsi artıq azad edilib.

Bənzər yazılar

Back to top button