Siyasət

Yerevan Bakıdan sülh müqaviləsinə dair növbəti təkliflər paketini alıb

Yerevan Bakıdan sülh müqaviləsilə bağlı növbəti təkliflər paketini alıb. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə günü brifinqdə bildirib.

Yanvarın 4-də Ermənistan sənəd layihəsinə dair öz variantını təqdim edib, ayın sonunda isə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri yaxın vaxtlarda cavab verəcəyini vəd edib.

Qriqoryanın sözlərinə görə, iki ölkənin xarici işlər nazirləri yaxın görüşdə sülh müqaviləsini müzakirə edəcəklər.

Yanvarın 10-da Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib ki, Azərbaycanın təkliflərində bəzi bəndlər üzrə müəyyən reqres var. Onun sözlərinə görə, Ermənistan bu bəndlər üzərində işləyib və öz konstruktiv təkliflərini göndərib. Daha sonra nazir bildirib ki, Azərbaycan mövcud meydançalarda Ermənistanla danışıqları bərpa etməkdən imtina edir.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə təkliflər mübadiləsi demək olar ki, üç ildir davam edir. 2022-ci ildə Azərbaycan 5 bənd irəli sürüb və müqavilə onların əsasında bağlanmalıdır.

1)dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü, dövlət sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı tanıması;

2) dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasını qarşılıqlı təsdiqləməsi və gələcəkdə belə iddialar irəli sürməmək üçün hüquqi qanuni öhdəlik götürməsi;

3)beynəlxalq münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və gücdən, habelə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan istifadə etməkdən çəkinmək;

4) dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

5) nəqliyyat əlaqəsi və kommunikasiyaların açılması, qarşılıqlı maraq doğuran digər sahələrdə müvafiq kommunikasiyaların və əməkdaşlığın qurulması.

O vaxtdan tərəflər gələcək sənədin mətnini müzakirə edirlər, öz variantlarını irəli sürürlər və təkliflər mübadiləsi aparırlar.(Turan)

Bənzər yazılar

Back to top button