Dünya

ABŞ Ukrayna və onun qonşularına 2,2 milyard dollarlıq əlavə hərbi yardım ayırıb

ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə Ukraynaya və onunla qonşu ölkələrə 2,2 milyard dollarlıq hərbi yardım ayrıldığını bildirib.

“Ukraynanın müdafiəçiləri ölkələrinin azadlığı uğrunda şücaətlə mübarizə aparmağa davam edirlər və prezident Bayden açıq şəkildə bildirib ki, biz Ukrayna xalqını nə qədər lazımdırsa, o qədər də dəstəkləyəcəyik. Mən bu mesajı prezident Zelenskiyə və onun komandasına təkrar etdim”, deyə Blinkenin bəyanatında bildirilir.

Bayden Administrasiyası Konqresə Ukraynanın və onun 18 qonşusunun; o cümlədən NATO-dan olan bir çox müttəfiqlərimizin, habelə təhlükəsizliyin təmin edilməsi üzrə digər regional tərəfdaşlarımızın təhlükəsizliyini möhkəmləndirmək üçün əlavə olaraq 2,2 milyard dollar təqdim etmək niyyətində olduğunu bildirib, deyə bəyanatda qeyd edilir. (Turan)

Bənzər yazılar

Back to top button