Siyasət

Azərbaycanın erməniləri təhvil verməsinə ABŞ-dan reaksiya

“Biz erməni hərbçilərin evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq, bu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays tvitterdə yazıb.
“Ümid edirik ki, qalan bütün saxlanılanlar da tezliklə öz evlərinə qayıdacaqlar və Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək”, – deyə mətbuat katibi bildirib.

Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib.

Bənzər yazılar

Back to top button