İdman

Qurban Qurbanov penalti epizodundan danışdı

“Ola bilər ki, biz bu cür oyunlarda qapımızda 3,4,5 qol görək, amma rəqibdən çəkinməməliyik. Biz güclü komandalarla oynamaq, onlardan qorxmamaq ruhunu futbolumuza qaytarmalıyıq”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Frayburq”a 1:2 məğlub olduqları matçdan sonra danışıb:

“Bu gün pis deyilik. Yaxşılığa doğru irəliləyirik”.

Çalışdırıcı müdafiəçi Toral Bayramovla bağlı fikirlərini də bildirib: “Deyə bilmərəm ki, onun faydalı iş əmsalı aşağı oldu. Penalti epizoduna görə onu qınaya bilmərəm. Toral əgər onların futbolçusunu mübarizədə udursa, ayaqüstə durursa, buna sadəcə sevinirəm. Yaşı azdır, təcrübəsi artdıqca belə epizodlarda daha diqqətli olar”.

Qurbanov “Frayburq”un baş məşqçisi Kristian Ştrayxla dialoqundan da söz açıb:

“Rəqib baş məşqçi dedi ki, Bakıya gəlmək onun üçün maraqlı olacaq. Bizimlə qarşılaşdıqları üçün şad olduqlarını vurğuladı. Görüşdən əvvəl bildirdi ki, yaxşı komandaya maliksiniz. Mən də eyni fikirləri ona söylədim”.

Bənzər yazılar

Back to top button