Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

İyulun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

AzToday.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilib ki, nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini, habelə cari regional vəziyyəti müzakirə ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatlara dair fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Bənzər yazılar

Back to top button