Dünya

Ağ Ev: Putinin qazdan silah kimi istifadə etmək cəhdləri yalnız Qərbin birliyini möhkəmləndirir

“Putinin neft və qazdan silah kimi istifadə etmək cəhdləri yalnız bizim birliyimizi və qətiyyətimizi gücləndirir”, bu barədə cümə günü Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Avropanın enerji böhranından artan narahatlığını şərh edərkən bildirib.

“ABŞ prezidenti və Avropa Komissiyasının rəhbəri hələ martda birgə işçi qrup yaradıb. Biz artıq bir neçə aydır ki, Avropa üçün alternativ təbii qaz mənbələrinin artırılması üzərində işləyirik və Avropanın Rusiya enerjisinə tələbatını azaltmağa kömək edirik”, deyə o əlavə edib.

Ağ Evin şərhi cümə günü dövlət katibi Entoni Blinken Avropalı müttəfiqlərini Putinin enerji daşıyıcılarının qiymətlərini manipulyasiya etməklə, bu qış onları “qorxutmaq” cəhdlərinə qarşı “möhkəm dayanmağa” çağırdığı bir vaxtda səslənib.

“Putin bu addımların Avropanı Ukraynanı dəstəkləməməyə məcbur edəcəyinə ümid edir. Biz Avropalı dostlarımızı yalnız qoymayacağıq”. (Turan)

Bənzər yazılar

Back to top button