Siyasət

Azərbaycan ordusuna düşmənin təxribatlarının qarşısını dərhal almaq tapşırığı verilib

Azərbaycan ordusuna Ermənistan silahlı qüvvələrinin sərhəddə və Qarabağda istənilən təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmaq əmr edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyində bu gün nazir Zakir Həsənovun sədrliyi və nazir müavinlərinin, qoşun növləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilib, deyə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ordumuzun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan nazir Zakir Həsənov istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Bənzər yazılar

Back to top button