Hadisə

Vəkil Elçin Sadıqovun mənzilində axtarış zamanı sənədlər götürülüb

Baş Prokurorluğun nümayəndələri vəkil Elçin Sadıqovun mənzilində axtarış aparıblar. Bu barədə onun həyat yoldaşı Zibeydə Sadıqova məlumat verib.

Prokurorluq əməkdaşları məhkəmə qərarını təqdim edərək E.Sadıqovun apardığı işlərlə bağlı sənədləri götürüblər.

Bundan başqa, onun həyat yoldaşı, həmçinin vəkil olan Zibeydə Sadıqovanın da apardığı işlərlə bağlı sənədlər götürülüb.

Z.Sadıqova prokurorluğun hərəkətlərini qanunsuz adlandırıb.

Vəkil Aqil Layıc də vəkillərin sənədlərinin götürülməsinin hüquqa zidd olduğunu vurğulayıb.

Vəkil Aqil Laicin sözlərinə görə, Vəkillər və vəkillik fəaliyyəti haqqında AR Qanununun 7-ci maddəsinə görə,

«peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz».

Dosyeyə nə daxildir, nə daxil ola bilər, nə dərəcədə aiddiyyatı sənədlərdir məsələsini müstəsna olaraq vəkilin özü həll edir, deyə Layıc bildirib.(Turan)

Bənzər yazılar

Back to top button