Gündəm

Laçın yolunda aksiyanın 40-cı günü

Bu gün Xankəndi-Laçın yolunda Şuşa yaxınlığındakı nəzarət məntəqəsində mülki fəalların aksiyasının 40-cı günüdür.

Gün ərzində hər iki istiqamətdə Rusiya sülhməramlılarının bir neçə yük və minik maşını keçib.

Elə bu gün Azərbaycanın ekologiya naziri Muxtar Babayev də aksiyaya qoşulub. O, jurnalistlərlə söhbətində qeyd edib ki, aksiya davam etdiriləcək və Qarabağda qızıl mədənlərində monitorinq aparılacaq.

Xatırladaq ki, aksiya dekabrın 12-də Ermənistan tərəfin Azərbaycanın Ekologiya Nazirliyinin mütəxəssislərinin keçmiş Mardakert rayonundakı iki mədəndə monitorinq aparmasına mane olmasından sonra başlayıb. Buna cavab olaraq fəallardan və ekoloqlardan ibarət böyük bir qrup yolu bağlayıb, onlar yoldan yalnız Rusiya sülhməramlılarının Ermənistana gedən və əks istiqamətdə gələn nəqliyyat vasitələrini və mülki şəxsləri buraxırlar.(Turan)

Bənzər yazılar

Back to top button