Cəmiyyət

Mütəxəssis Covid-19-dan danışdı: “Nəsə qəribə bir şeylə qarşılaşmışıq”

Kəskin respirator infeksiyaya səbəb olan yeni koronavirus COVID-19 yoluxduğu zaman qəribə davranışlara malik olur.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Federasiyası FMBA İnkişaf Etdirmə İnstitutunun yoluxucu xəstəliklər şöbəsinin müdiri, yoluxucu xəstəliklər mütəxəssisi Vladimir Nikiforov deyib:

“Biz yeni bir şeylə qarşılaşmışıq. Deməzdim ki, bu, qorxunc bir şeydir, amma hər şey anlaşılmazdır – qorxunc olan budur”.

Mütəxəssisin fikrincə, hansısa naməlum bir səbəbdən koronavirus “klassik epidemiologiya qanunları”na uyğun gəlmir, onun patogenezi standart SARS-dan fərqlənir. Məsələn, COVID-19 olan xəstələr uzun müddət özlərini nisbətən normal hiss edə bilərlər, kompüter tomoqrafiyasının nəticələri isə reanimasiyaya ehtiyac duyduğunu göstərir. Ancaq Nikiforovun sözlərinə görə, müəyyən vaxta kimi xəstələr özlərini yaxşı hiss edirlər, ardınca isə “fəlakətli çökmə” baş verir.
Həm də diqqətəlayiqdir ki, COVID-19 ilə ağciyərlərin rentgenoqrafiyasında sətəlcəm görünmür, baxmayaraq ki, adətən iltihab yaxşı görünür.

Daha əvvəl, İtaliya alimləri koronavirus xəstələrinin qarşılaşacağı yeni ağır nəticələr müəyyən ediblər. Məlum olub ki, ağır formada koronavirus qırmızı qan hüceyrələrində hemoqlobinə hücum edir və bunun nəticəsində onlar hüceyrələrə oksigen vermək qabiliyyətini itirir. Buna görə mütəxəssislər o qərara gəlib ki, belə bir şəraitdə mexaniki havalandırma yararsız bir şeyə çevirlir.

Bənzər yazılar

Back to top button