İdman

Ronaldodan gözlənilməz jest: Türk futbolçuya əsgər salamı…

Türkiyə millisinin üzvü Merih Demiral İtaliyada müzakirə mövzusuna çevirilib.

Fanat.Az xəbər verir ki, futbolçunun komanda yoldaşları ilə birlikdə Fransa matçında əsgər salamı verməsi bəzi “Yuventus” azarkeşlərinin və italyan senatorların etirazına səbəb olub. Bir qrup azarkeş sosial mediada kampaniya başladaraq türk futbolçunun komandadan göndərilməsini tələb edib.

Merih Demiral özü məsələ ilə bağlı açıqlama verib. Futbolçu klubun düşərgəsinə dönərkən ən böyük dəstəyi Kriştiano Ronaldodan aldığını bildirib: “Yuventus”un bazasına getdiyim zaman Kriştiano məni əsgər salamı ilə qarşıladı. Bu hərəkəti məni təəccübləndirdi, amma qürur duydum. Görüm indi italyan senatorlar nə edəcək”.

Qeyd edək ki, Zepp Blatter FIFA prezidenti olduğu zaman Lionel Messi haqqında “Çox sürətlidi, sanki meydanda rəqs edir”, Ronaldo haqqında isə “Bərbərə çox pul xərcləyir. Meydana komandir kimi çıxır, yavaş danışır, təlimatlar verir. Az qala özünü əsgər kimi aparır” demişdi. Həmin vaxt “Real”da oynayan Ronaldo isə “Sevilya” ilə matçda qol vurduqdan sonra əsgər salamı ilə FIFA prezidentinə cavab vermişdi.

Bənzər yazılar

Back to top button