Dünya

Rusiyanın peyvənd saxtakarlığı: ölkələrə çağırış (ŞƏRH)

Rusiyanın Slovakiyaya satdığı “Sputnik V” peyvəndinin “The Lancet” elmi jurnalında dərc olunan nümunədən fərqləndiyi məlum olub. Bu barədə aprelin 8-də Slovakiyanın Dövlət Dərman Nəzarət İnstitutu (SUKL) məlumat verib. Rusiyanın Slovakiyaya satdığı peyvənd Moskvanın araşdırma üçün Avropa Dərman Agentliyinə (EMA) təqdim etdiyi nümunələrdən də fərqlənir.

Qaynarinfo xəbər verir ki, politoloq Xaqani Cəfərli bu hadisənin koronavirusla mübarizədə ümidini Rusiyaya bağlayan ölkələrə də dərs olmalı olduğunu deyib:

“Aydın görünür ki, Rusiya indi də peyvənd saxtakarlığı ilə məşğuldur. Bu hadisə koronavirusla mübarizədə ümidini Rusiyaya bağlayan ölkələrə də dərs olmalıdır. Buradan Azərbaycan hakimiyyətinə müraicət edərək Rusiyadan “Sputnik V” peyvəndini almamağa çağırıram. Vətəndaşlarımız da bu məəsləyə etinasız qalmamalı, əksinə Rusiyadan “Sputnik V” peyvəndinin alınmasına etiraz etməlidir. Çünki bu ilk növbədə hər birimiz üçün təhlükə deməkdir”.

Bənzər yazılar

Back to top button