Siyasət

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı eskalasiyadan çəkinməyə çağırıb

“Sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı yerlərində vəziyyətin kəskin şəkildə gərginləşməsindən narahatlığımızı bildiririk”, – çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin gələcək eskalasiyasından çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq.

Bakı və Yerevanla sıx əlaqə saxlayırıq. Mövcud ikitərəfli sazişlərə uyğun olaraq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xəttilə vəziyyətin nizamlanmasına köməklik göstərilməsi xahişilə Ermənistan rəhbərliyindən müraciət daxil olub. Ümid edirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il 13 sentyabr saat 9.00-dan atəşkəslə bağlı əldə olunan razılaşma tam həcmdə həyata keçiriləcək.

Əvvəlkitək ona əsaslanırıq ki, Ermənistanla Azərbaycan arasında bütün mübahisəli problemlər yalnız siyasi-diplomatik yolla, sərhədlə bağlı məsələlər isə Ermənistan – Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində, Rusiyanın məşvərətçi yardımı ilə həll olunmalıdır”,- bəyanatda bildirilir.(Turan)

Bənzər yazılar

Back to top button