Siyasət

Jurnalistləri Müdafiə Komitəsi Əvəz Zeynallı və Elçin Sadıqovun azad edilməsinə çağırıb

Azərbaycan hakimiyyəti jurnalist Əvəz Zeynallını və vəkil Elçin Sadıqovu azad etməli və onlara qarşı irəli sürülmüş ittihamları ləğv etməlidir. Bu barədə bazar ertəsi Nyu-Yorkdakı Jurnalistləri Müdafiə Komitəsi bildirib.

Hakimiyyəti tənqid edən, əvvəllər də məhkum edilmiş jurnalist Əvəz Zeynallıya və jurnalistləri dövlət repressiyalarından müdafiə edən vəkil Elçin Sadıqova qarşı rüşvət ittihamları hökumətyönlü KİV-in iddialarına əsaslanır, JMK-nın Avropa və Mərkəzi Asiya üzrə proqram koordinator Gülnoza Səid bildirib.

“Azərbaycan hakimiyyəti Zeynallı və Sadıqovu azad etməli, onlara qarşı irəli sürülən ittihamları götürməli, öz işlərinə görə qisas almaq üçün mətbuat nümayəndələrinin və onların vəkillərinin həbsindən çəkinməlidir”, – o qeyd edib.

Sentyabrın 11-də Bakının Binəqədi Rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqovu 4 ay müddətinə həbs edib. Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3 və 32.5, 311-ci (külli miqdarda rüşvət almağa kömək etmə) maddələrilə ittiham irəli sürülüb. Lakin Zeynallı və Sadıqov onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.(Turan)

Bənzər yazılar

Back to top button