ManşetSiyasət

Hərbçilər Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşısının alınması ilə bağlı prezidentə məruzə ediblər

Bu gün Ermənistan–Azərbaycan sərhədində vəziyyətlə bağlı prezident İlham Əliyevin sədrliyilə Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirilib.

İclasda məruzələr dinlənilib, sərhəddə Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşısının alınması, bütün tapşırıq və göstərişlərin yerinə yetirilməsi barədə məlumat verilib. Bu barədə dövlət başçısının saytında bildirilib.

Qeyd olunub ki, yaranmış gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir. (Turan)

Bənzər yazılar

Back to top button